Pəri Cadu

Tamaşa / Teatr

Yüklənir..

Tədbir haqqında:

Pəri Cadu

Hüseyn Cavid. “Pəri Cadu” Quruluşçu rejissor – Nicat Kazımov Əməkdar Artist Mistik hadisələrin kök saldığı bu tamaşada əsl-həqiqətdə böyük faciələr baş verir.

Pəri əri tərəfindən aldadılıb atıldıqdan sonra bütün insanlıqdan, xüsusilə də kişilərdən intiqam almaq fikrinə düşür. O, İblislə əlbir olub istədiyi ailəni dağıdır. Qurbanın sadə və ağıllı ailəsi var. Lakin arvadı gözəl deyil. Bu, onu çox ağradır. Hafizə xanımla Sayad Qurbanı ələ keçirirlər. Qurban Sayadla evləndikdən sonra başa düşür ki, Səlimə kimi namuslu qadını körpəsi ilə nahaq yerə küçələrə salıb. Varlı xanımının təhqirlərindən bezən Qurban daha ciddi faciələrə əl atır. Hafizə də, Sayad da öz əməllərinin qurbanı olurlar. Şamama Cadunun vasitəsi ilə Pəri Caduya qoşulub onunla eyş-işrətlə məşğul olan Qurban da, ailəsi də məhv olur. Əcinnələrin hava uçuşları ilə və qəhrəmanların yüksəklikdə qurulan karkasın içində hörümçək torunda həlak olmaları, çoxlu səhnə effektləri ilə çox mürəkkəb quruluşa malik tamaşa əsl-həqiqətdə çox baxımlı tamaşadır.

Dramaturqun demək istədikləri bütün fikirlər səhnə təcəssümündə öz əksini tapır: İblisə uymayın, şeytani əməllərdən və fikirlərdən uzaq olun!

Xəritə