Dalğa qrupu Arazın səsi

KONSERT / Azərbaycan xalq mahnısı

Yüklənir..

Tədbir haqqında:

Dalğa qrupu Arazın səsi

Söz və musiqi tariximizi uğurla yaşadan Təbrizin məşhur Dalğa musiqi qrupu Dr: Çingiz Mehdipurun rəhbərliyi ilə Arazın səsi adlı konsertə dəvət edir. Dünyanın 30-dən artıq ölkəsində geniş konsert proqramlarıyla çıxış edən Dalğa qrupu aşıq musiqisi tarixində ilk dəfə klassik aşıq havalarının modern təqdimatıyla böyük şöhrət qazanmışdır.Müasir səhnə tərtibatı, ana, tavar və cürə sazların harmonik səs birləşməsi,yastı balabanın həzin səsi,ritm alətlərinin klassik aşıq havalarına gətirdiyi dinamik inkişaf tempi ecazkarlıqla yanaşı saz musiqisində hüdudsuz və yeni bir mərhələnin soraqçısıdır. Gecədə iştirak edən Təbriz və Azərbaycan aşıqlarının məşhur nümayəndələrinin ecazkar səsi sənətsevərlərə unudulmaz musiqi zövqü vəd edir.

Xəritə