Gənclərimiz Nə İstəyir?!

SEMİNAR / Təlim

Yüklənir..

Tədbir haqqında:

Gənclərimiz Nə İstəyir?!

Gənclərimiz nə istəyir?! başlığı altında 15 mart 2019-cu il tarixində Bəhmənyar Klubu (Bahmanyar Philosophy Club) tərəfindən müzakirə tədbiri təşkil edilir.

Tədbirdə: Gənc kimdir? Gənclərin gözündə yaşlı nəsil. Gənclər öz suallarına cavab tapa bilirmi? Niyə gənclərimiz Avropa mədəniyyətinə istiqamətlənir? Gənclərimizin dəyərləri və onların yeni həyatı. Niyə gənclərimiz arasında fəlsəfi fikirə maraq və fəlsəfi bilik azdır? Bu problemin fəsadları. Gənclər fəlsəfədən nə gözləyir? Fəlsəfə gəncliyi xilas edirmi? və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir müzakirə şəklində davam edəcək.
Arzu edən hər kəs iştirak edə bilər.

Tədbir ÖDƏNİŞSİZDİR.

Yer: Bakı Dövlət Universiteti 2 sayılı korpus 901 nömrəli konfrans zalı (9 cu mərtəbə).
Vaxt: 15.03.2019 saat 12:00 ( azı 10 dəqiqə tez gəlməyiniz arzu olunandır)


Instagram: bahmanyar_club

Təşkilatçı: Bəhmənyar Klubu


Tədbirə aid olan taqlar: