Mountains: Cultures, Landscapes and Biodiversity

KONFRANS / Təhsil

Yüklənir..

Tədbir haqqında:

Mountains: Cultures, Landscapes and Biodiversity

10-12 may 2019-cu il tarixlərdə Qərbi Kaspi Universiteti “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil edəcəkdir.

Dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik səbəbindən) və hazırda da inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaflar bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransımızın məqsədi bu məsələləri müzakirə etmək və dünya səviyyəsində ən çox iz qoyan problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimləri, ekologlar, bioloqlar, turizm mütəxəssisləri və digər maraqlı mütəxəssisləri bir araya gətirməkdir.

Tədbirin təşkilatçısı və əsas sponsoru olan Qərbi Kaspi Universiteti ödənişsiz qeydiyyat, yerləşmə və yerli nəqliyyatla yanaşı, lazımi xərcləri də öz öhdəsinə götürür.

ƏHƏMİYYƏTLİ TARİXLƏR:

Konfrans tarixi: 10-12 may

Məqalə xülasəsi təhvili: 20 mart 2019

Qəbul haqqında məlumatlandırma: bir həftə ərzində

YEKUN məqalə təhvili üçün son tarix: 10 aprel 2019

Qeydiyyatdan üçün son tarix: 15 aprel