GƏNCLƏR KUBOKU: APREL ZƏFƏRİ

YARIŞMA / Layihə - İdeya

Yüklənir..

Tədbir haqqında:

GƏNCLƏR KUBOKU: APREL ZƏFƏRİ

Son illərdə ölkəmizdə olimpiya hərəkatının geniş vüsət almasının əsas səbəblərindən biri ölkə prezidenti İlham Əliyevin idmana verdiyi önəm və Azərbaycan gəncinin idmana artan marağıdır.
20 ildən artıqdır ki, dövlətin göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox mötəbər yarışlarda layiqincə təmsil olunur və beynəlxalq arenalarda böyük uğurlar qazanır.
Bildiyimiz kimi, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu böyük qələbə qazandı. Məhz bu səbəbdən “İrəli” İctimai Birliyi “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini təsis edir.
Layihədə ümumilikdə 1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq həftə sonları paralel şəkildə keçiriləcək. Layihədə iştirak edəcək gənclər  futbol, voleybol, peyntbol, səmti müəyyən etmə, atıcılıq, velosiped, yüngül atletika idman növləri üzrə yarışaraq qalibiyyət uğrunda mübarizə aparacaqlar. Futbol, voleybol, səmti müəyyən etmə,  atıcılıq, peyntbol idman növləri üzrə komanda halında, yüngül atletika, velosiped idman növləri üzrə isə fərdi şəkildə iştirak edə bilərsiniz.


Layihə mart-aprel aylarını əhatə edəcək. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında, püşkatmadan dərhal sonra 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları baş tutacaq.
Yarışların həftə sonları istirahət günlərində keçirilməsi isə öz növbəsində tələbələrin asudə vaxtlarının daha səmərəli təşkilinə şərait yaradacaq.

Sonda isə qaliblər kubok və hədiyyələrlə təltif olunacaq.

Qeydiyyatdan keçməyə tələsin!

Yaş həddi : 16-29

Son qeydiyyat tarixi : 22.03.2019

QEYD: Qeydiyyatdan keçən ilk 16 komanda nəzərə alınacaq

Tərəfdaş: Azərbaycan Respublikasının Gənclər Fondu

Layihənin keçirilmə tarixi: Mart – Aprel 2019-cu il

Layihənin keçirilmə məkanı: Bakı, Azərbaycan

Fəaliyyət Növü: İdman yarışmaları

Layihə Koordinatoru: İlqar Axundov

Tədbirə aid olan taqlar: