Psixologiya və İnsan Resurslarının İdarə edilməsi Forumu

SEMİNAR / Psixologiya

Yüklənir..

Tədbir haqqında:

Psixologiya və İnsan Resurslarının İdarə edilməsi Forumu

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi PSİXOLOGİYA VƏ İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ ( Yeni yanaşmalar və Perspektivlər) FORUMUNA dəvət edir.

Forumda hər biri öz sahəsinin peşəkarı olan 8 şəxs sizin görüşünüzə gələcək.

Forumun proqramını sizə təqdim edirik:
09:00 - 09:45 - Qeydiyyat.
09:45 - 10:00 - Təntənəli açılış.

10:00 - 10:30 - 1-ci çıxış:
Elnur Rüstəmov - Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq.
Mövzu: Psixologiya Elmi-Tədqiqat İnstitutunun strukturları, insan resurslarının idarə edilməsində psixologiyanın potensialı və perspektivləri.

10:30 - 11:15 - 2-ci çıxış:
Kənan Rəhimov - İnstitutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin müdiri, psixoterapevt.
Mövzu: Kompetensiyalar modelinin tətbiqi.

11:15 - 12:00 - 3-cü çıxış:
Gülər Məmmədova - İnstitutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, ADPU-nun Ümumi Psixologiya kafedrasının müəllimi, doktorant.
Mövzu: Motivasiya, korporativ dəyərlərin formalaşdırılması.

12:00 - 12:30 - FASİLƏ.

12:30 - 13:15 - 4-cü çıxış:
Fuad Əsədov – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Gənc Tədqiqatçılar komandasının rəhbəri.
Mövzu: İnsan təfəkkürünün potensialı, mnemotexnikalar.

13:15 - 14:00 - 5-ci çıxış:
Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq.
Mövzu: Psixodiaqnostika və psixoloji proqnoz.

14:00 - 14:45 - 6-cı çıxış:
Səbinə Ələkbərova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi.
Mövzu: İradə, məqsəd, uğur - idarəetmənin əsas amilləri.

14:45 - 15:15 - FASİLƏ.

15:15 - 16:00 - 7-ci çıxış:
Məhərrəm Əliyev - Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, NLP təlimçisi.
Mövzu: İnsan Resurslarında NLP-nin imkanları.

16:00 - 16:30 - 8-ci çıxış:
Reyhan Mirzağayeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu.
Mövzu: Şəxsi inkişaf - insanın karyera inkişafının psixoloji əsası.

16:30 - 17:00 - 9-cu çıxış:
Kənan Rəhimov - Biznes Psixologiyası şöbəsinin müdiri, psixoterapevt.
Mövzu: Praktiki Stress-Menecment Reinkarnasiya.

Təntənəli bağlanış.

FORUMUN KEÇİRİLƏCƏYİ MƏKAN:
Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38).

FORUMUN KEÇİRİLƏCƏYİ TARİX:
16 Mart 2019, saat: 10:00-17:00

Forumda iştirak ÖDƏNİŞSİZDİR.
Öncədən qeydiyyatdan keçmək mütləqdir.

Tədbirə aid olan taqlar: