Novruz Festival 2019

FESTİVAL / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

Novruz Festival 2019

Azərbaycan xalqının ən önəmli və ən sevilən bayramlarından biri olan Novruz bayramının ruhunu hiss etmək istərdinizmi?

10-30 mart tarixlərində Bakı Turizm İnformasiya Mərkəzinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Sahil bağında keçiriləcək “Baharı qarşılamanın 20 günü” adlı Novruz Festivalı bu qədim bayram adət-ənənələrini və ruhunu yenidən kəşf etməyiniz üçün sizə yardımçı olacaq. Yeməklər, tədbirlər, dekorasiya və musiqi – hər şey Novruz əhvali-ruhiyyəsinə bürünüb.

Festivalın qısa məzmunu:
• Şəhərin mərkəzindəki park Novruzun yeni brend bəzəkləri ilə dizayn olunub və istirahət, satış, səhnə və əyləncə ərazilərinə bölünüb.
• Xüsusi piyada yolu ilə təchiz olunub və giriş sərbəstdir
• İnteraktiv və maraqlı animatorlar və mehriban könüllü komandası
• Martın 19,20,21 tarixlərində keçiriləcək xüsusi konsert proqramı

Festivalın ərazisi 11:00-dan etibarən 19:00-dək açıq olacaq (bayram günləri saat 23:00-dək).
Bayram şənlikləri 14:00-da başlayacaq və 19:00-dək davam edəcəkdir.