Mebel sənayesi dünya iqtisadiyyatının ən sabit inkişaf edən sahələrindən biridir. Bu baxımdan Azərbaycan da istisna deyil. Hal hazırda Azərbaycanın Mebel sənayesi inkişafında yeni artım yaşayır. Mebel istehsalında yeni innovativ texnoloqiyalar istifadə olunur.
Yaşayış mənzillərin intensiv tikilişi ilə əlaqədar olaraq, yumşaq mebelə, yataq və qonaq otaqları üçün qarniturlara və interyer elementlərinə olan təlabat artmaqdadır. Caspian MebelExpo sərgisi bazarda mövcud olan məhsul və təkliflərin geniş çeşidini nümayiş etdirir, regionun mebel sənayesində mövcud inkişaf tendensiyalarına dair düzgün və dürüst məlumat verir və, beləliklə, Azərbaycanın mebel sektoruna investisiyaların cəlb edilməsinə, həmçinin sənayenin və yerli istehsalın inkişafına təkan verir. Sərginin daha bir məqsədi - industriyanın inkişafı və yeni istiqamətlərinə dair məlumat ilə istehlakçını təmin etmək və bu sektorda düzgün oriyentir seçməkdə ona kömək etməkdir. Başqa sərgilərdən fərqli olaraq, Caspian MebelExpo sadəcə müqavilələrin və sazişlərin bağlandığı məkan deyil; son və eksklüziv mebel modellərinin özünəməxsus paradıdır.
SƏRGİNİN ZİYARƏTÇİLƏRİ
CASPİAN MEBELEXPO SƏRGİSİNİN ÜSTÜNLÜKLƏRİ
İmicin yüksək saxlanılması – sərgidə iştirak özünüz haqqında hər kəsə bəyan etmək, mebelin layihələşdirilməsi və istənilən istiqamətli interyerin dizaynı sahəsində ən son nailiyyətləri nümayiş etdirmək imkanı verir.
SƏRGİNİN BÖLMƏLƏRİ
MEBEL
İNTERYER VƏ DİZAYN
MEBEL İSTEHSALI VƏ AĞAC EMALI
EV ÜÇÜN PARÇALAR