Caspian Ecology

SƏRGİ / Digər

Yüklənir..

Tədbir haqqında:

Caspian Ecology

“Caspian Ecology” 2019 - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir. Bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirən Caspian Ecology sərgisi Azərbaycanda biznesinizin inkişafı üçün ən əlverişli vasitə olacaqdır.


SƏRGİNİN BÖLMƏLƏRİ

  • Ekoloji cəhətdən təhlükəsiz texnologiya və istehsal
  • Ətraf mühitin monitorinqi və ətraf mühitin çirklənməsinin qiymətləndirilməsi üsulları
  • Eко - layihələr
  • Havaya buraxılan sənaye emissiyalarını təmizləyən sistemlər
  • Landşaft və dizayn
  • Polimer və rezin tullantılarının emalı (maşın və avadanlıq)
  • Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları
  • Sənaye tullantılarının idarə edilməsi və emalı
  • Səs izolyasiya texnologiyaları, səs-küy və vibrasiya nəzarəti
  • Su və tullantı sular
  • Torpağın təmizlənməsi və bərpası üsulları
  • Yaşıl enerji


2018 – ci il üzrə rəqəm və faktlar

İştirakçıların sayı – 43 şirkət

İştirakçıların coğrafiyası – Almaniya, Azərbaycan, Birləşmiş Krallıq, Finlandiya, Fransa, Rusiya, Türkiyə, İtaliya, Ukrayna

Ziyarətçilərin sayı – 2418 mütəxəssis

Ziyarətçilərin coğrafiyası – Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Krallıq, Finlandiya, İran, Latviya, Niderland, Rusiya, Türkiyə, Ukrayna

Ümumi sahə - 1885.5 m2

Caspian Ecology  sərgisi çərçivəsində xüsusi sektor “Yaşıllaşdırma, Landşaft Dizaynı və  Bağ Texnikası”


SEKTORUN BÖLMƏLƏRİ:

  • Landşaft və layihələndirmə
  • Süni çarhovuzlar və fəvvarələr
  • Uşaq meydançaları
  • Floristika, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması
  • Boru və drenaj sistemləri
  • Dibçək bitkiləri
  • Güllüklər, istixanalar, alp təpələrinin yaradılması üçün material və komponentlər
  • Bitkilər üçün torpaq, kompost və gübrələr
  • Landşaft dizaynı, layihələndirilməsi və tikintisi üzrə xidmətlər
  • Bağa qulluq və bağın saxlanılması üçün əl alətləri və texnika
  • Bağ gölləri, şəlalələr, onların abadlaşdırılması üçün avadanlıqlar və bitkilər
  • Suvarma sistemləri
  • Landşaft layihələndirilməsi, yaşıllaşdırma və abadlaşdırma xidmətləri
  • Fitodizayn
  • Fəvvarələr, şəlalələr
  • Ətrafın yaşıllaşdırılması üçün güllər, qazon otları və dekorativ bitkilər


ƏLAVƏ TƏDBİRLƏR       

  • Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq sərgi iştirakçıları arasında görüşlər, eləcə də müxtəlif seminarlar keçirilib. Həmçinin, İtaliya Ticarət Agentliyi tərəfindən təşkil olunan “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriblər.
  • Həmçinin sərgi çərçivəsində “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans da keçirilmişdi. Konfransın məqsədi bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirmək idi. Tədbirdə bir sıra ölkələrin tanınmış mütəxəssisləri iştirak ediblər.
  • Təşkilatçılar sərgilər çərçivəsində “Düşünüb, bölüşürük layihəsini davam etdirdilər. Bu dəfə, ekoloji problemlərinə və xammalın təkrar istifadə imkanlarına biganə qalmayıb kiçik biznes nümayəndələri lobbidə xüsusi hazırlanmış bir stenddə iştirak etdilər.

“CASPIAN ECOLOGY” SƏRGİSİNDƏ İŞTİRAK ETMƏYİN ÜSTÜNLÜKLƏRİ:

1. Ən qısa müddət ərzində şirkətinizi yerli bazarda tanıtdırmaq,  xidmət və məhsullarınızın üstünlüklərini nümayiş etdirmək imkanı

2.  Xidmət və məhsulların birbaşa satışı       

3.  Rəqib şirkətlərlə canlı rəqabət apararaq imiclərinin möhkəmlənməsi

4.  Dövlət strukturlarının rəhbərləri və sahə üzrə mütəxəssislər ilə görüş imkanı

5.  Eyni məkanda potensial sifarişçi və tərəfdaşlar ilə işgüzar görüşlər keçirmək fürsəti

 

Xəritə