Mentor Talks Menecment

KONFRANS / Biznes

Yüklənir..

Tədbir haqqında:

Mentor Talks Menecment

#MentorTalks MENECMENT

Əhatə olunacaq mövzular:
✅ Biznes Menecment
✅ Marketinq Menecment
✅ Satış Menecmenti
✅ Layihə Menecmenti
✅ IT Menecment
✅ PR Menecment
✅ Kommunikasiya Menecmenti

Tarix - 3 Mart
Yer - Avropa Azərbaycan Məktəbi (Badamdar filialı)
--------------------------------------------------------------------
Mentor Talks tədbiri - 3 Martda Menecment kateqoriyasında 7 nəfər spikerin çıxış edəcəyi yarım günlük tədbirdir.
Sloqanımız: Gələcəyini idarə et!

Artıq üçüncü dəfə təşkil edilən tədbir Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) keçiriləcək.
14:00-dan 18:00-a qədər davam edəcək tədbirdə 7 spiker çıxış edəcək.

Tədbirə bilet əldə etmək üçün:

Mentor.az saytında qeydiyyatdan keçə,
Səhifənin - mesaj və rəy bölümünə yaza,
(070) 296 64 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Qeydiyyat linki: http://mentor.az/index.php#ts-ticket
 
Tədbirin spikerləri:
Yaqub Rəhimov - 7Marketz Group CEO
Alper Tunca - Mentoria GLOBAL qurucusu
Aqil Allahverdiyev - İnsan Resursları üzrə konsultant
Kamran Ağayev - ACE Director
Nəsimi Paşayev - HUNER GROUP PR və marketinq direktor
Azad Qəhrəmanov - SAT Group şirkətinin direktoru
Elşən Məhərov - Marketinq menecer
 
#MentorTalks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.
 
İştirakçılar tədbirdə Biznes menecment, Marketinq menecment, Layihə menecmenti, PR menecment, Satış menecmenti, IT menecment, Kommunikasiya menecmenti olmaqla 7 fərqli mövzuda xarici və yerli spikerlərdən məlumatlar almaq, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan `Gələcəyini Qur!` layihəsinin gənclərinə dəstək olmaq imkanı əldə edəcəklər.
 
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN) və İanə (39 AZN) biletlərdən birini seçə bilərlər.
 
İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə Gələcəyini Qur layihəsinin gənclərinə dəstək olunacaq.
 
Onu da qeyd edək ki, bu tədbirdə sırf bakalavr pilləsində təhsil alan tələbələr üçün də xüsusi biletlər ayrılıb. Tələbələr üçün olan biletin qiyməti 20 AZN təşkil edir.
 
Tədbirin biletləri artıq satışdadır.
 
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Qeyd: Biletlərin çatdırılması pulsuzdur (Bakı şəhəri daxilində)

Xəritə