AHK Yay Festivalı

FESTİVAL / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

AHK Yay Festivalı

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Sizi böyük məmnuniyyətlə ənənəvi yay festivalı olan AHK Sommerfest tədbirinə dəvət edir. Musiqi sədaları altında, ənənəvi Alman mətbəxi təamlarından dadaraq, gözəl mənzərəli məkanda AHK-nın üzvləri və dostları ilə xoş yay axşamından zövq alacaqsınız.

Tarix: 14 iyul 2018-ci il, saat 19:00
Məkan: Bilgah Beach Hotel, Pier & Grill restoranı (Qələbə küç. 94, Bilgəh qəsəbəsi)

İştirak: Tədbirdə iştirak aşağıdakı onlayn link vasitəsilə 9 iyul 2018-ci il tarixinədək yalnız əvvəlcədən qeydiyyatdan keçməklə mümkündür: https://www.ahk-baku.de/az/ahk-sommerfest-2018/?no_cache=1

Biletlərin qiyməti AHK Azərbaycana üzv olan şirkət nümayəndələri üçün 60,- AZN, qeyri-üzvlər üçün 85,- AZN təşkil edir. Biletləri 9 iyul 2018-ci il tarixindən etibarən AHK Azərbaycanın ofisindən əldə edə bilərsiniz. Ödənişləri ən geci 9 iyul 2018-ci il tarixinədək təqdim etməyinizi xahiş edirik, əks halda, təəssüf ki, sifarişləriniz ləğv ediləcəkdir.

AHK Azərbaycan Sizi Qoşa Qala Qapısından Bilgah Beach Hotelinə və Qoşa Qala Qapısına geri çatdırmaq üçün ödənişsiz nəqliyyat xidməti (avtobus) təklif edir.

Ətraflı məlumat üçün:
+99412 4976306/07
[email protected]