Vanq Yuyanq. “Unikallıq” sərgisi

SƏRGİ / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Vanq Yuyanq. “Unikallıq” sərgisi

Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) “Unikallıq” adlı fərdi sərgisi açılıb.

Sərgidə təqdim olunan əsas eksponatın ­– “Unikallıq” (Singularity) əsərinin diametri 4 metrdir. Konstruksiya 300 addım mühərriki və 3000 LED lampadan ibarətdir. Əsərin kürə forması müxtəlif radiuslu 11 halqa vasitəsilə yaradılıb. “Təkərli” addım mühərrikləri fərqli sürətlərdə fərqli istiqamətlərə dönərkən, LED lampalar müxtəlif vizual effektlər ortaya çıxarır.

 “Unikallıq” əsəri Heydər Əliyev Mərkəzinin foyesində nümayiş olunur.

Sərgidə rəssamın “Elektrik”, “Adsız-1” silsiləsindən heykəltəraşlıq nümunələri də yer alır. Ekspozisiyada, həmçinin Vanq Yuyanqın “Ay” silsiləsindən rəsm əsərləri nümayiş olunur.

“Unikallıq” sərgisi Heydər Əliyev Mərkəzində avqustun 31-dək davam edəcək.

Xəritə