Yay Qalereyası: Cismani Peyzajlar Qrup Sərgisi

SƏRGİ / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Yay Qalereyası: Cismani Peyzajlar Qrup Sərgisi

YAY Qalereyası Sizi “Cismani peyzajlar“ adlı qrup sərgisinin açılışına dəvət edir. 


Rəssamlar: Əmrulla İsrafilov, Aida Mahmudova, Niyaz Nəcəfov, Eldar Qurbanov, Mir Nadir Zeynalov


İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib. Artıq XX əsrin əvvəllərində, tanınmış holland rəssamı Pit Mondrian, özündə qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlamışdır. Eyni dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı olan incəsənətin “qadın” və “kişi” komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.

Sərgidə müxtəlif peyzajlar nümayiş etdirilir. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi formalar və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yox olma təəssüratını yaradır.


Sərginin açılışı: 7 iyun, 2018

Saat: 19:00

Giriş yalnız dəvətnamə ilədir 


Sərginin müddəti: 7 iyun – 1 sentyabr 2018

Sərginin iş rejimi: saat 12:00 - 20:00 (Bazar Ertəsindən başqa)

Giriş sərbəstdir


Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5 

T.: +994 12 505 2323

E-mail: [email protected]