Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC Beynəlxalq Konfransı

KONFRANS / Mədəniyyət

Yüklənir..

Tədbir haqqında:

Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC Beynəlxalq Konfransı

Texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində tədqiqatçı alimləri və peşəkarları bir araya gətirmək məqsədilə, ilk dəfə Bakıda keçiriləcək 18-ci TECIS beynəlxalq konfransına dəvət etməkdən çox məmnun olduğumuzu bildiririk.   

İclasın əhatə dairəsi və məqsədləri:

Texnoloji inkişaf beynəlxalq sabitlikdə mühüm dəyişikliklərə gətirib çıxarır. Sistem sabitliyini araşdırmaq hər zamankından daha önəmli olmuşdur. Daim yenilənən texnologiya sahəsində bir çox əsas fərziyyələr artıq mükəmməl deyil və müəyyən suallar doğurur. Sözügedən tədbir bu mövzuları sistemli şəkildə araşdıracaqdır. TECIS konfransının başqa bir məqsədi komplekslik və bilik idarəetməsini tədqiq etməklə qloballaşma effekti ilə işləməkdə yeni yanaşmalar təklif etməkdir.   

Mövzular:

Konfransın mövzuları aşağıdakılardır və bununla məhdudlaşmır:

  • Sabitliyin yaxşılaşdırılmasında İdarəetmə və Avtomatlaşdırma
  • Gənc mühəndislər İdarəetmədə
  • Avtomatlaşdırma və İdarəetmə Neft və Qaz sənayesində
  • Neft və qaz sənayesinin sosial aspektləri
  • Neft-kimya sənayesində inkişaf
  • Regional ölkələrin inkişafı
  • Sosial şəbəkələr
  • Sabitliyi yaxşılaşdırmaq üçün texnoloji dəyişikliyin təqdimatının idarə edilməsi
  • Post-münaqişə regionlarında texnologiya
  • İnnovasiya idarəetməsi
  • Açıq innovasiya və tətbiqlər
  • Müəssisə inteqrasiyası, şəbəkə və proqram təminatı
  • Xərc yönümlü avtomatlaşdırma (COA)
  • Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma
  • Kiçik və orta sahibkarlıq üçün qərar dəstəkləmə sistemləri
  • Yarım-avtomatlaşdırılmış birləşdirmə və ayırma
  • İntellektual sistemlər və tətbiqlər
  • Mexatronik sistemlər və robotlar
  • Robotlar və istehsalat cihazları
  • Süni intellekt və tətbiqlər
  • Avtomatlaşdırma cihazlarının gücləndirilməsi
  • Mühəndislik etikaları
  • Tele-tibbi sistemlər
  • Mühəndisliyin mədəniyyətlə kəsişən aspektləri
  • İdarəetmə və siyasi sabitlik
  • Modellər və simulyasiya
  • Dayanıqlı layihə və idarəetmə
  • Təhlükəsizlik və risk mühəndisliyinin insani aspektləri
  • Bio-tibbi sistemlər

 

Məqalənin təqdim edilməsi:

“IFAC-in sponsorluğu ilə keçirilən tədbirlər (konqres, simpozium, konfrans, seminar) üçün təqdim edilmiş bütün çap materialları orijinal olmalıdır. Belə ki, təqdim edilən materiallar heç bir yerdə çap edilmiş olmamalıdır.  Təqdim edilən materiallara görə müəlliflər məsuliyyət daşıyır. IFAC-in sponsorluğu ilə keçirilən konfranslar Elsevier saytında (http://www.elsevier.com/journal-authors/author-rights-and-responsibilities) izah edildiyi kimi yoxlama prosesi üzrə etik davranışların ən yüksək standarta riayət edəcək və müəlliflər isə öz növbəsində IFAC nəşriyyat etikası təlimatına (http://www.ifac- control.org/events/organizersguide/PublicationEthicsGuidelines.pdf/view) riayət edəcəklər.

IFAC-in sponsorluğu ilə keçirilən tədbirlər üçün qəbul edilmiş məqalələr ScienceDirect (http://www.sciencedirect.com) saytında IFAC-PapersOnLine seriyasında yerləşdirilən tədbirin materiallarında ISBN və DOI nömrələri olmaqla dərc ediləcək. Müəllif(lər) məqalə təqdimatı prosesində məqalənin yekun versiyasını təqdim edən zaman IFAC-ə müəlliflik hüquqlarını (copyright) verməlidirlər. Müəllif(lər) şəxsi istifadə üçün, müəllif(lər)in institutlarında daxili istifadə üçün, müəllif(lər)in özləri və ya institutları tərəfindən idarə olunan vebsaytda yerləşdirmək üçün, məqalənin surətindən istifadə etmək hüququnu öz(lər)ində saxlayırlar. Məqalənin kommersiya məqsədləri üçün istifadəsinə görə isə IFAC tərəfindən təsdiq tələb olunur.”

Mühüm son tarixlər:

Sessiyalar üçün təkliflər 15.05.2018-ci il tarixinədək qəbul ediləcəkdir.

Birinci məqalə online “https://ifac.papercept.net/conferences/scripts/start.plv ” vasitəsilə ən gec 31.05.2018-ci il tarixinədək təqdim edilməlidir.

Daha sonra məqaləyə anonim olaraq baxılacaq və seçilmiş məqalə müəlliflərinə 15.07.2018-ci il tarixinədək qəbul barədə məlumat veriləcək.

Qəbul edilmiş məqalələr üzrə şərhlər məktubla müəlliflərə təqdim ediləcək.

İlkin qeydiyyat üçün son tarix - 15.08.2018-ci il

Daha sonra qəbul edilmiş məqalələr qeydiyyatdan keçirilməlidir (qeydiyyat haqqı aşağıda göstərilmişdir – Azərbaycandan olan iştirakçıların seçilmiş məqalələrin ödəniş haqqı sponsorlar hesabına qarşılanacaq) və məqalələrin son versiyaları (şərhlər tətbiq edilir) online sistemə yüklənəcəkdir. Tam məqalənin təqdim edilməsi üçün son tarix 01.09.2018-ci ildir.

Müəlliflərdən ən azı biri konfransda iştirak etməli və konfransda vaxtında məqalani təqdim etməlidirlər. Müəlliflər vaxt və digər zəruri informasiya barədə məlumatlandırılacaq. 

Məqalə konfransda təqdim olunarsa, o, DOI və ISBN nömrələri ilə konfrans materiallarında avtomatik dərc etdiriləcəkdir. 

 

Qeydiyyat haqları

 

 

Vaxtından tez təqdim edən

Vaxtından gec təqdim edən

Saytda təqdim edən

Normal

€ 200.--

€ 250.--

€ 300.--

Tələbələr/təqaüdçülər üçün

€ 50.--

€ 50.--

€ 70.--

 

İnformasiya: www.tecis18.orgwww.tecis18.net

Təşkilatçılar:

Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC)

IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik

Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti (ARAS)

Vyana Texnologiya Universiteti, IHRT

 

Sponsorlar:

Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC)

IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik

 

Milli Təşkilat Komitəsi (müvəqqəti):

Bahadur Ibrahimov (AZE); Alexandra Rommens (AUT); Julia Linert (AUT);  Florian Sengstschmid (AUT);  Bahruz Asgarov (AZE); Elmir Mehdiyev (AZE); Mubariz Goyushlu (AZE); Rafik Aliyev (AZE) Manafaddin Namazov (AZE); Abbas Alili (AZE); Muhammadou Kah (USA); Misir Mardanov (AZE); Telman Aliyev (AZE); Georg Haemmerle (AUT); Annete Fink (AUT)

Redaktorlar:

Peter Kopacek (TU Wien/IHRT)

Bahadur Ibrahimov (Azerbaijan Robotics & Automation Society)

Suallar və köməklik üçün əlaqə:

B.İbrahimov

ARAS, 52 Əliyar Əliyev küç., AZ1072, Bakı, Azərbaycan

Tel: (+994 50) 230 44 73

E-mail: [email protected]

 

P.Kopacek

TU Wien, Favoritenstrasse 9, E325A6, 1040 Wien.

Phone: +431 5880131800;Fax: +431 5880131899

Email: [email protected]