II Bakı Kitab Festivalı - 451 / AKEN Group

FESTİVAL / Mədəniyyət

Yüklənir..

Tədbir haqqında:

II Bakı Kitab Festivalı - 451 / AKEN Group

BİR İL SONRA KİTABLAŞAQ - 451 | AKEN Group
Bir il sonra həyatınızda kimlər olacaq? Bir ilə yer boyda bir kürə Günəş kimi bir obyektin ətrafında tam dövr edə bilirsə deməli bu müdətdə hər şey dəyişə bilər. Bu gün yanımızda olan ən doğmalarımız sabah da yanımızda olacaq? Gəlin, bu gün bir nəfəri bu eventə işarələyin, bu festivala dəvət edin, bir il sonra bir-birinizin yanınızda olmasanız belə eyni vaxtda sizə bu festival haqqında bildiriş gələcək. Kim bilir, bəlkə də kitablar sizi görüşdürməyə bir səbəb oldu.
Beynəlalq Kitab Gününə həsr olunan festivalı keçən il 451 Movimento (451 Hərəkatı) olaraq keçirsək də bu dəfə AKEN Group şirkəti də layihəyə təşkilatçılıq edəcək. Biz bu günü Azərbaycanda qeyd edilməsini kütləvi hala gətirmək üçün bunu təbliğ etmək qərarına gəldik. Hamınız bir kitab götürün və gəlin, tanımadığınız insanlarla dəyişin həmin kitabı, ya kiməsə hədiyyə edin, amma yalnız gəlməyin. 
Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət etdiyimiz tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar.
Bundan əlavə olaraq Azərbaycanda kitaba qarşı olan münasibəti sərgidə görmək imkanınız olacaq.
451 Movimento və AKEN Group sizə sevdiyiniz yazıçılarla yaxından tanış olmaq, Azərbaycanda kitabsevər mühit ilə ünsiyyətdə olmaq və həmin günü möhtəşəm keçirmək üçün şərait yaradır. Festival boyunca rəsm əsərləri, installyasiyaların nümayişi olacaq.
Festival kiçik konsertlə başa çatacaq.

Qeyd edək ki,451 Movimento KAMAL AKEN tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır. Biz düşünürük ki, artıq bütləşmiş incəsənəti aradan götürüb modern incəsənəti ölkəmizə gətirməyin zamanıdır. Keçmişin adət-ənənələrinin gənclər üzərində təsirini aradan qaldırmağın ən böyük yolu mədəniyyət və incəsənətin inkişafından keçir.
Klassik teatrlar, Sovet ədəbiyyatı, hər gün daha biri vizyona girən bayağı filmlərin yerini əsl incəsənətə verməyin zamanıdır. Avropa XIII-XVII əsrlərdə renessans dövrünü keçəndə Azərbaycan həmin dövrü keçməkdə çətinliklər yaşadı, ona görə də hazırda gəncliyimiz “adət-ənənə”, “mentalitet” kimi dəyərlərin əlində ilişib qalıb. Buna görə də bizim ilk hədəfimiz insanlara modern incəsənəti aşılayıb, “mentalitet” kimi tabuları sındırmaqdır.
İkinci məqsədimiz isə Azərbaycanda itib-batmaqda olan istedadları üzə çəxarmaq, onları insanlarla tanış etməkdir. Azərbaycanda hazırda yüzlərlə istedadlı gənclər var ki, onlar maddi baxımdan və ya başqa səbəblərdən dolayı üzə çıxa bilmirlər. Gənc rəssamlar sərgi keçirə bilmir, gənc yazarlar kitablarını nəşr edə bimir və media orqanları onların çap etməkdən boyun qaçırırlar. Biz isə həmin gənclərə yardımçı olmağa çalışacağıq.
Bizim ən böyük məqsədimiz Azərbaycan gəncliyinə yardım etmək və onların yanında olmaqdır. 
Bizə qoşulmaqla siz də bu işdə gənclərə yardımçı ola bilər, ya da özünüz bizdən yardım istəyə bilərsiniz.

Giriş sərbəstdir.
Əlaqə: +(994)70 621-90-91
Sponsorlar: 451, AKEN Group, ADO Theatre Collective, CNK Colleges, Elitar Academy
Media dəstəyi: fraqment.az 

Layihə rəhbəri - KAMAL AKEN
451 Hərəkatı (c)