YARAT: Erkin Love, Safael, KADÍ Band

KONSERT / Caz

Yüklənir..

Tədbir haqqında:

YARAT: Erkin Love, Safael, KADÍ Band

Əziz dostlar, Yanvarın sonuncu cüməsini bizimlə keçirməyi təklif edirik! Yanvarın 26-sı YARAT canlı musiqi axşamı proqramının qonaqları Erkin (Love) Osmanlı, Safael və KADİ Band olacaqlar. Erkin (Love) Osmanlı – ifaçı, bəstəkar, şair və aktyor. 2006-cı ildə Akademiya musiqi şousunda çıxış edərkən Azərbaycan musiqisevərlərin rəğbətini qazanmışdır. O, 2017-ci ildə Nyu-Yorkda hazırlanmış elmi-fantastik D4rkly Your Retrorockets Fl4re tamaşasında aktyor və ifaçı kimi iştirak edib, həmçinin quruluşun bəstəkarıdır.

Safael – 13 yaşından musiqiyə böyük maraq göstərir. Moskva Müasir İncəsənət İnstitutunda caz ifaçılığı üzrə təhsil alıb.

KADİ Band: 
Orxan Əfəndi – müəllif-ifaçı, musiqiçi. 2014-cü ildən blüz və rok-n-roll janrlarında musiqi bəstələyir. 
Vəfa Qədirova – caz və blüz musiqi janrlarında çıxış edən müəllif-ifaçı. 2017-ci ildə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan Musiqi bayramı çərçivəsində çıxış etmişdir. Hal-hazırda qrupun 1-ci sinqlı üzərində çalışır.

Xəritə