“ASAN Könüllüləri” Təşkilatı “AVO MUN” 2018 layihəsinə start verir!
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə (UNDP Azerbaijan) gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” 2018 layihəsi yenidən start götürür.
Belə ki, BMT-nin İnkişaf Proqramının simulyasiyası əsasında baş tutacaq layihə ilk dəfə olaraq 3 dildə (Azərbaycan dili, İngilis dili, Rus dili) həyata keçiriləcəkdir. Müsahibədən uğurla keçərək iştirak haqqı qazanmış şəxslər simulyasiyadan öncə təlimlərdə iştirak edəcəklər və 09-11 fevral 2018-ci il tarixlərində keçirilən simulyasiyalardan faydalanacaqlar.
Layihə çərçivəsində 3 komitə fəaliyyət göstərəcəkdir:
1. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurası
2. International Court of Jutice
3. Cодружество Независимых Государств (СНГ)
Qeyd edək ki, müsahibəyə yalnız qeydiyyat formunu uğurlu doldurmuş gənclər dəvət olunacaqdır.
Layihədə iştirak etmək istəyən gənclər 13-23 yanvar 2018-ci il tarixlərində müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.