Noyabrın 15-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti olacaq. Müğənni Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə ithaf etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edəcək. Qeyd edək ki, 2017-ci ildə dünyada “cazın birinci ledisi” Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.