İnsan dizaynı və həyatın möcüzəsi / 3 günlük təlim

SEMİNAR / Şəxsi inkişaf

Yüklənir..

Tədbir haqqında:

İnsan dizaynı və həyatın möcüzəsi / 3 günlük təlim

Andar Vselennaya və Natalya Bujlakova ilə insan dizaynı və həyatın möcüzəsi

Əziz dostlar 13-15 oktyabr tarixlərində fərdiyyətinizi möcüzəli səyahətə qatılmağa dəvət edirik.

İnsan dizaynı – doğum tarixi, vaxtı və yerinin hesablanması əsasında insan varlığının əzəli təbiətini aşkara çıxaran eksperimental bir elmdir. Siz tədbirdə mən kiməm? sualının cavabını, fərdi gücünüzün nədə gizləndiyini və hansı sahədə təcrübə toplamalı olduğunuzu öyrənəcəksiniz. Siz, burada cəmiyyətin sizə sırıdığı maskalar və şablonları, digər sözlə, Yanlış Məni özünüzdən kənarlaşdıracaqsınız ki, məhz bundan sonra, sizin fərdiliyiniz tam parlaqlığı ilə öz həqiqi gerçəkliyinə qovuşacaq.

3 günlük təlim sessiyasında aşağıdakı mövzular müzakirə olunacaq:
- Sağ və sol beyin və bədən;
- Genetik travma və emosional reaksiya;
- Tiplər;
- Profillər;
- Mərkəzlər, qapılar və kanalların mexanikası;
- Müəyyənlik tipləri, qırılmalar;
- Konturlar;
- Bağlantılar – həyat yolu;
- Yanlış Mən və təbiətimizin potensialı (arxetiplər);
- Təkərin dörddə biri” mövzusu – faktiki təyinatımız
- İnkarnasiya xaçı – tale (ətraflı)
- Dream rave – gecə dizaynımız
- Həyatın dövrləri – bu mücəssimənin taleyinin xülasəsi
- Dəyişənlər – PHS (qidalanma, yaşam mühiti, naviqasiyamız) və bir neçə digər xırda mövzular.

Bilavasitə sessiyada bütün mövzuların əsas açarları haqqında bəhs olunacaq və onlar bir-biri ilə əlaqələndiriləcək. Sizə dilemmalar və daxili münaqişələr nümayiş etdiriləcək və bu baxımdan siz müvafiq cavablar və istiqamətləndirmə əldə edəcəksiniz. Paralel olaraq yaxınlar və qohumlar mövzusu nəzərdən keçiriləcək. Siz, əzəli, necə var elə yaşayış eksperimentinə daxil olmaq imkanı əldə edəcəksiniz.

İştirak qaydaları:

- İştirakçı anadan olduğu tarixi, saatı və şəhəri haqqında məlumatı 0502469292 nömrəsi və ya [email protected] göndərməlidir.
- Sessiyalara hazırlıqla bağlı ətraflı məlumat almaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır

Cümə – saat 15:00 – 21:00
Şənbə və bazar günləri – saat 10:00 – 21:00

Xəritə