Rəssamla tanışlıq: Əliyar Əlimirzəyev

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Rəssamla tanışlıq: Əliyar Əlimirzəyev

20 sentyabr tarixində Rəssamla tanışlıq çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Əliyar Əlimirzəyevlə görüş olacaq.

2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə rəssam Əliyar Əlimirzəyevin Fenikslər əsəri Qran Priyə layiq görüldü, həmçinin həmin ildə Serbiyanın Qorni Milanovats şəhərində keçirilən Beynəlxalq Miniatür sərgisinin 1-ci mükafatını qazanıb.

Əliyar Əlimirzəyevin əsərləri Bakı Müasir İncəsənəti Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Tretyakov qalereyası, Vyananın Albertino muzeyinin şəxsi kolleksiyalarına daxildir.

Tarix: 20 sentyabr, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Xəritə