Sözün melodiyası / Keçmişə səyahət

KONSERT / Digər

Yüklənir..

Tədbir haqqında:

Sözün melodiyası / Keçmişə səyahət

Əziz ədəbiyyat və musiqisevərlər, YARAT Müasir İncəsənət Məkanı sizi sentyabrın 22-də Sözün melodiyası: keçmişə səyahət adlı poeziya gecəsinə dəvət edir. Azərbaycan və Qərb musiqisi ilə Şərq poeziyasının vəhdəti olan bu konsertdə bir anlığa sözün və melodiyanın sehrinə dalıb keçmişə qayıdacaqsınız. Proqramda Bakı Musiqi Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış edəcəklər.

İştirakçılar:

Hüseynağa Aslanov – bədii qiraətçi (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti)
Nərmin Rzayeva – piano (Bakı Musiqi Akademiyası)
İsmayıl Zülfüqarov – tar (Azərbaycan Milli Konservatoriyası)
Mədinə Şahgəldiyeva – kamança (Azərbaycan Milli Konservatoriyası)
Günay Mehdiyeva – xanəndə (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti)

Tarix: 22 Sentyabr, saat 19:00
Məkan: Yarat Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Xəritə