Gəlin birgə olaq uşaq festivalı

FESTİVAL / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

Gəlin birgə olaq uşaq festivalı

YARAT Müasir İncəsənət Məkanı ənənəvi olaraq artıq ikinci ildir ki təşkil olunan Gəlin birgə olaq adlı uşaq festivalını təqdim edir. Bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən Qazaxıstan üzərində Günəş və neonlar adlı sərgisi ilə bağlıdır. Festivalda 3 yaşdan yuxarı uşaqlarla yanaşı, onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub. 

Festivalın proqramı:
- Üz rəngləmə – Sevimli Bala
- Uşaqlar üçün yoqa dərsi – The Art of Living 
- Rəsm üzrə ustad dərsi – Nərminə Bağırova, Qafar Rzayev
- VIVA Dessert tərəfindən xüsusi ustad dərsi 
- Rəqs üzrə ustad dərsi – Emin Useynov (NERO Dance Center), Ilham Osmanov’s Dance and Art Studio
- Kollaj hazırlama üzrə ustad dərsi – Hatəm Əlizadə
- Xatirələr yarat adlı xüsusi ustad dərsi – Novruz Məmmədov
- İstifadə olunmuş əşyalardan art obyektlərin yaradılması – Zemfira Əzimova
- Rəqqasların çıxışı – NERO Dance Crew
- Açıq havada Yallı rəqsi üzrə ustad dərsi – Ilham Osmanov’s Dance and Art Studio
- Bulvar ərazisində yallı rəqsi – Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri orkestri. Bədii rəhbər Aysel Bağırova

Əgər siz də yeni dərs ilini qeyd etmək üçün bu möhtəşəm festivalda iştirak etmək istəyirsinizsə, öncədən zəng edib qeydiyyatdan keçməyi unutmayın. Bütün ustad dərslərində iştirak üçün yerlərin sayı məhduddur. Hər kəs sadəcə 3 ustad dərsində iştirak üçün qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün 050 246 92 92 nömrəsinə zəng edin

Xəritə