Yay düşərgəsi: Hip-hop rəqsi

Tamaşa / Balet-Dans

Yüklənir..

Tədbir haqqında:

Yay düşərgəsi: Hip-hop rəqsi

Hər kəsi 28 avqust – 1 sentyabr tarixində keçiriləcək yay düşərgəsinin hip-hop rəqsinə həsr olunan proqramında iştirak etməyə dəvət edirik! 

Proqramın rəhbəri xoreoqraf, NERO rəqs studiyasının təsisçisi və direktoru, eyni zamanda NERO şou baletinin rəhbəri – Emin Useynovdur. Emin Useynov GREEK SALAD Dance Camp 2014, GREEK SALAD Dance Camp 2015, Make Dance Not War Dance Fest 2017, FAIR PLAY DANCE CAMP SUMMER 2017 kimi beynəlxalq rəqs festivallarının iştirakçısıdır.

Proqramın əsas məqsədi – müasir incəsənəti hip-hop rəqsi prizmasından nəzərdən keçirməkdir. Bir həftəlik düşərgə zamanı iştirakçılar YARAT mərkəzində nümayiş olunan Qazaxıstan üzərində günəş və neonlar qrup sərgisi əsasında rəqs çıxışı hazırlayacaqlar. 

Proqramın sonunda YARAT mərkəzinin səhnəsində yekun çıxış baş tutacaq.

Düşərgənin proqramı:
- Bazar ertəsi – cümə, saat 17:00 – 20:00
- İştirakçılar su və şirniyyatlarla təmin olunacaq
- Yekun konsert, 2 sentyabr, saat 17:00

İştirak qaydaları:
- İştirakçılar 10-21 yaş arasında olmalıdırlar
- İştirakçıların hər hansı bir rəqs üzrə təcrübələrinin olması vacib deyil

Düşərgəyə qeydiyyatdan keçmək üçün 0502469292 nömrəsinə zəng edin.

Xəritə