Canlı musiqi axşamı: 70-80-ci illər

KONSERT / Pop

Yüklənir..

Tədbir haqqında:

Canlı musiqi axşamı: 70-80-ci illər

Əziz musiqi həvəskarları, 
Sizi avqustun 24-ü, saat 19:00-da keçiriləcək musiqi axşamına dəvət edirik. Tədbirdə 70-80-ci illərin populyar mahnı və musiqiləri səslənəcək. Məhz bu tədbir üçün istedadlı sənətkarlar bir araya gələcəklər. 

Musiqi axşamında Sizin üçün 5 ildən çox peşəkar vokal təcrübəsinə malik olan Kamran Rzayev; pianoçu, bəstəkar və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Elçin Məmmədov; barabançı, Azərbaycanın Əməkdar artisti Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev ifa edəcəklər. 

Tarix: 24 avqust, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Xəritə