Influencer Day Baku #1

KONFRANS / Marketinq

Yüklənir..

Tədbir haqqında:

Influencer Day Baku #1

Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. 

Regionda ilk dəfə 30 sentyabr 2017-ci il tarixində Dreamland-də “Influencer Day” tədbiri keçiriləcəkdir. Tədbirdə Sosial Eranın marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları müzakirə olunacaq və qonaqlara Mərkəzi Avrasiya regionunda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması təqdim olunacaq.

Tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək. Əlavə olaraq tədbirə ABŞ-dan ekspert cəlb olunması planlaşdırılır.

Keepface dünyada trend marketinq strategiyası sayılan Influencer Marketingi avtomatlaşdıran bir platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. 

Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir. 

Tәdbirdә iştrak yalnız xüsusi dәvәtnamә ilә mümkün olacaq.#InfluencerDayBaku

www.keepface.com/az