Satışın GÜCÜ Biznesin ÖZÜ Təlimi

SEMİNAR / İqtisadiyyat

Yüklənir..

Tədbir haqqında:

Satışın GÜCÜ Biznesin ÖZÜ Təlimi

Satİş Akademiyası sizləri 11 avqust, saat 14:00-da Boulevard Side Hotel -də keçiriləcək Satışın Gücü-Şirkətin Gücü Təliminə dəvət edir! 

Sivilizasiiyanın ən pik nöqtəsini yaşadığımız günümüzdə müştərilərin məhsuldan daha çox məhsul satana önəm verməsi, nə aldığını deyil, kimdən və necə aldığı təsbit edilməkdədir. Bunları nəzərə alaraq təlimdə siz yerli müştəri psixologiyasına uyğun satış metodlaının araşdırılması, sektorda hakim qalma üsulları, daimi müştəri sayının çoxalması, dəyişən insan ehtiyacının ritminin tutulması və müasir satış metodlarını öyrənəcəksiniz.

Təlimdə bəhs ediləcək mövzular:
Müasir dövrümüzdə insanların: 
* Ehtiyac anlayışı 
* Tələbatlarının meydana gəlmə formaları
* Satışdan gözlədikləri 
* Günümüzdəki Rəqabət Anlayışı 
* Satış filmində yer alan Obrazlar
* Modern Satışın Xəritəsi
* İndividual yanaşmanın üstünlükləri və müştərinin dosta çevrilməsi
* SATIŞ LİDERİNİN XARİZMASI

✔ Təlim kimlər üçün nəzərdə tutulub?

Təlimdə satıcılar, satış təmsilçiləri, satış lideriləri, resepsion (məlumat mərkəzi), call centre, müştəri xidmətləri, merçendayzer, pr menecer, marketinq menecerlər və müştəri ilə əlaqədar hər bir şəxs iştirak edə bilər.

✔ Təlimin qiyməti:45 Azn

Təlimdə iştirak edən hər bir iştirakçı Sertifikatla təmin olunacaq.

✔ Təlimçi: Ənvər Yavəroğlu

Tel: (077) 340 88 08
E-mail: [email protected]