Açıq havada yoqa festivalı 2017

FESTİVAL / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

Açıq havada yoqa festivalı 2017

Əziz dostlar!
YARAT Müasir İncəsənət Məkanı Bakı Dənizkənarı İdarəsi ilə birgə, YARAT Freestyle proqramı çərçivəsində 23 iyul tarixində açıq havada iri miqyaslı yoqa festivalı təşkil edəcək. Festivalın başlıca məqsədi – sağlam həyat tərzini populyarlaşdırmaqdır.

Festival səhər saat 10-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayacaq. Gün ərzində siz bir çox müxtəlif tədbirlərdə iştirak edə biləcəksiniz.

Festivalın iştirakçıları və partnyorları: Hindistanın Azərbaycandakı Səfirliyi, Yoga Shahi studiyası, The Art Of Living Beynəlxalq Fondu, Chandramukhi Hind rəqs studiyası və Sevimli bala uşaq təşkilatıdır. 

Tədbir zamanı sizi Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, FLY yoqa, sağlam qida və əla əhval-ruhiyyə gözləyir!

Festivalın proqramı:
10:00 – 10:40 – yaşıl qazonda yoqa 
11:00 – 19:00 – 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, FLY yoqa, DJ-lərin çıxışı
13:00 –15:00 – vegetarian mətbəxi 
19:00 – 22:00 – musiqili çıxışlar və alovlu şou

İştirak hamı üçün sərbəstdir.
* yoqa döşəkçələrinin məhdud sayını nəzərə alaraq, xahiş edirik, özünüzlə döşəkçələr gətirəsiniz.

Tarix: 23 iyul
Vaxt: 10:00 – 22:00
Məkan: Bayıl qəs., Dənizkənarı Bulvar, Su İdman Sarayının yaxınlığı

Texniki dəstək: Şirin Su, Qrafika