Türkiyə Universitetləri - Sənəd Qəbulu Tanıtım Günləri

SƏRGİ / Təhsil

Yüklənir..

Tədbir haqqında:

Türkiyə Universitetləri - Sənəd Qəbulu Tanıtım Günləri

“Akademi Group” Xaricdə Təhsil Mərkəzi Türk Universitetlərinə Sənəd Qəbulu və Tanıtım Günləri keçiriləcək

“Akademi Group” Xaricdə Təhsil Mərkəzi Türk Universitetlərinə Sənəd Qəbulu və Tanıtım Günləri keçiriləcək. Siz, tədbir çərçivəsində universitetlərə birbaşa müraciət edə biləcəksiniz. Tanıtım günləri 29-30 Iyul tarixləri arasında 12:00- dan – 17:00-a dək Hilton hotelində baş tutacaq. 

Bu 2 gün ərzində universitetin Bakıya dəvət olunmuş nümayəndələrinə sənədlərinizi birbaşa təqdim edəcəksiniz. Eyni zamanda, Bakıda imtahan keçirəcək olan universitetlərin imtahanlarına müraciət edə biləcəksiniz. 

Beləliklə, universitet nümayəndələri ilə birbaşa görüşə biləcək, universitet və şəhər haqqında ətraflı məlumatı ala biləcəksiniz. Bundan əlavə sənədlərinizi də birbaşa və daha düzgün şəkildə universitetə təqdim edə biləcəksiniz. 

Qeyd edək ki, bu il bir çox Türkiyə universiteti Dövlət İmtahan Mərkəzi (TQDK) imtahanlarından yüksək bal yığanlara 30-50-100% endirimlər təklif edəcək. Bu imkanlardan yararlanmaq üçün mütləq tanıtım günlərinə qatılın.


Qeydiyyat linki : http://www.akademi.az/turkiyə-universitetləri-sənəd-qəbulu-tanitim-gunləri

Xəritə