AHK Sommerfest

FESTİVAL / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

AHK Sommerfest

Böyük məmnuniyyətlə Sizi AHK Sommerfest tədbirinə dəvət edirik. Musiqi sədaları altında, ənənəvi Alman və Azərbaycan mətbəxi təamlarından dadaraq, gözəl mənzərəli məkanda AHK-nın üzvləri və dostları ilə xoş yay axşamından zövq alacaqsınız.
Bu ilki AHK Sommerfest-in ən başlıca özəlliyi AHK Azərbaycanın 5 illik yubileyinin qeyd edilməsidir. Bu unudulmaz şənliyin bir hissəsi olmaq imkanını qaçırmayın!
Tarix: 15 iyul 2017-ci il, 19:00
Məkan: Bilgah Beach Hotel, Pier & Grill restoranı (Qələbə küç. 94, Bilgəh qəsəbəsi)
Sponsorluq imkanı: Ötən illərdə olduğu kimi, bu il də AHK Sommerfest Sizə Sponsorluq vasitəsilə öz şirkətinizi nümayiş etdirmək, maraqlı tanıtım imkanı və bu unikal tədbirdən yararlanmaq fürsəti təklif edir. Sponsorluq imkanları haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://www.ahk-baku.de/fileadmin/ahk_aserbaidschan/Sommerfeste/Sommerfest_2017/Sponsorship_Packages.pdf
İştirak: Tədbirdə iştirak etmək üçün qeydiyyat formasını doldurub 10 iyul 2017-ci il tarixinədək E-mail vasitəsilə [email protected] ünvanına göndərməyinizi xahiş edirik. Qeydiyyat üçün link: http://www.ahk-baku.de/fileadmin/ahk_aserbaidschan/Sommerfeste/Sommerfest_2017/Registration_form.pdf
Biletlərin qiyməti AHK Azərbaycana üzv olan şirkət nümayəndəsi üçün 45 AZN, qeyri-üzvlər üçün isə 70 AZN təşkil edir. Biletləri 10 iyul 2017-ci il tarixindən etibarən AHK Azərbaycanın ofisindən əldə edə bilərsiniz. Ödənişləri ən geci 13 iyul 2017-ci il tarixinədək etməyinizi xahiş edirik, əks halda, sifarişləriniz ləğv ediləcəkdir.
Sizi AHK Sommerfest-də salamlamağa və Sizinlə birlikdə xoş axşam keçirməyə şad olardıq!