Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda!
Peşəkar və həvəskar musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.
Sizi, şənbə günü, 1 iyul 2017-ci il, Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Məkanı, Paris Bistro, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçirilən musiqi tədbirlərinə dəvət edirik.
Proqram
16.00 - YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİ
Vəfa Qədirova (vokal), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano)
Les Gamins.
18.00 - PARIS BISTRO
Əli İbrahimzadə
Albina (vokal)
Ahmedowsky trio
Milan Məmmədov
20.00 - İÇƏRİ ŞƏHƏR, YAY Qalereyasının qarşısı
Les Gardiens du Silence
Todo Band
22.00 - HARD ROCK CAFE
Radio & Video band