III Beynəlxalq Bakı Yay Hüquq Məktəbi

SEMİNAR / Kariyera

Yüklənir..

Tədbir haqqında:

III Beynəlxalq Bakı Yay Hüquq Məktəbi

Əziz tələbələr,
ELSA Azərbaycan olaraq sizləri 6-13 iyul tarixlərini əhatə edən və 70 nəfər Avropalı hüquqşünas tələbənin iştirak edəcəyi III Beynəlxalq Bakı Yay Hüquq Məktəbi üçün qeydiyyatdan keçməyə dəvət edirik. Bizim yay məktəbində iştirak etməklə siz 1 həftə ərzində Biznes Hüququ mövzusunda ingiliscə seminar və təlimlərdən yararlanacaq, eyni zamanda xarici tələbələrlə ünsiyyət qurmaqla beynəlxalq profiliniz üçün üstünlüklər qazanacaqsınız.
Yerlərin sayı limitli olduğu üçün Yay Hüquq Məktəbinə yalnız 15 nəfər seçiləcək.

Qeyd. İştirak ödənişlidir. İştirak haqqı üzvlər üçün 90 manat, qeyri-üzvlər üçün 120 manat təşkil edir. İştirak haqqına daxildir:
- akademik proqram
- sosial proqram
- günorta yeməyi
- şəhər gəzintisi
- şəhərdaxili nəqliyyat

Qeydiyyatdan bu keçid vasitəsilə keçə bilərsiniz: https://goo.gl/forms/UehTWfOgjhXjSsPA2

Qeydiyyat üçün son tarix: 10 iyun 18:00