YARAT Təhsil: Sənan Ələsgərov

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

YARAT Təhsil: Sənan Ələsgərov

“Rəssamla tanışlıq” layihəmizin növbəti qonağı məşhur fotoqraf və pedaqoq Sənan Ələsgərov olacaq.

Sənan Ələsgərov 1956-cı ildə Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində, Azərbaycanın paytaxtı Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Fotoqrafiya sənətinin müxtəlif sahələrində - elmi, tətbiqi, jurnalistikada çalışıb; aerofotoçəkiliş və laboratoriyada aerokosmik materialların hazırlanması ilə məşğul olub. Yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir.

Sənan Ələsgərov 12 ölkədə keçirilən 50-dən çox beynəlxalq sərgilərdə iştirak etmişdir. Ölkəmizlə yanaşı Gürcüstan, Fransa, Böyük Britaniya və Qazaxıstanda fərdi sərgiləri baş tutub. O, FIAP-ın (YUNESKO nəzdində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası) bir çox mükafatlarına layiq görülüb. Üç dəfə Azərbaycan Fotoqrafları Birliyinin təsis etdiyi İlin fotoqrafı mükafatının sahibidir. Sənan Azərbaycanın görkəmli rəssamları ilə əməkdaşlıq edərək, onlarla birgə qrup sərgilərində iştirak edib. Foto əsərləri Photographic Library (Surrey, Böyük Britaniya); Bakı İncəsənət Mərkəzi; Müasir İncəsənət Mərkəzi (Bakı); Ars Aevi Museum of Contemporary Art (Sarayevo) və həmçinin ABŞ, Türkiyə, Rusiya, Avstriya, Böyük Britaniya, Norveç, Fransanın şəxsi kolleksiyalarda saxlanılır.
Fotoqraf 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş - London, Paris, Berlin, Moskva, Roma şəhərlərində keçirilən “Bakıya uçuş” adlı incəsənət layihəsinin iştirakçısı olmuşdur. Həmçinin rəssamın əsərləri 2007-ci və 2013-cü illərdə Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir.
Hal-hazırda azad fotoqraf və pedaqoqdur.

21 iyun, saat 19:00
Giriş sərbəstdir

Xəritə