Yüklənir..

Tədbir haqqında:

Beach Cleanup

Dostlar, yaz gəldi və hərəkətə keçməyin əsl vaxtıdır!

Bildiyiniz kimi, IDEA İctimai Birliyi hər il çimərlik mövsümündən əvvəl və sonra Bakının sahilyanı ərazilərindən birində təmizlik aksiyası həyata keçirir. Ənənəmizə sadiq qalaraq, bu il də “Təmiz Şəhər” ASC ilə birgə növbəti təmizlik aksiyasının keçirilməsini elan edirik.

Aksiya 10 iyun 2017-ci il tarixində baş tutacaqdır.

Ətraf mühit naminə bu möhtəşəm aksiyada məktəbləri, universitetləri, idman komandalarını, təşkilatları, məşhurları, iş adamlarını, ailələri, bir sözlə təbiəti sevən hər kəsi görmək istərdik.⠀⠀

Qeyd edək ki, iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz ediləcək və aksiya zamanı nəqliyyat və qida ilə təmin olunacaqlar.

Aksiyada iştirak etmək istəyən şəxslərdən öz ad və soyadını, eləcə də əlaqə nömrəsini “təmizlik aksiyası” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeydiyyatdan keçməyə tələsin.

Bizə qoşul və Xəzərin sahillərinin təmizlənməsinə sən də köməl et!