“Sağ ol, məktəb!” festivalı

FESTİVAL / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

“Sağ ol, məktəb!” festivalı

“Sağ ol, məktəb!” festivalı tədris ilinin yekunlaşması və yay tətilinin başlanğıcına həsr olunmuş tədbirdir. Tədbirin mövzusu YARAT mərkəzində yeni təqdim olunmuş – “Qazaxıstan üzərində günəş və neonlar” adlı sərgisi ilə bağlıdır.
Tədbirdə incəsənəti kəşf etmək məqsədi ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş mövcud sərginin interaktiv ekskursiyası, aktyorluq, heykəltəraşlıq, rəssamlıq və açıqca hazırlamaq üzrə ustad dərsləri baş tutacaq.

YARAT Mərkəzi 10 İyun (şənbə) və 11 İyun (bazar günü) bütün qonaqları gözləyəcək.
Festivalda keçirilən tədbirlər silsiləsi birinci gün 3 dəfə, ikinci gün 2 dəfə təkrarlanacaq. Festivalın hər günü əyləncə proqramı ilə yekunlaşacaq.

Tədbirlər silsiləsinin proqramı:
• “Yaxından bax” ekskursiyası
• Teatr üzrə ustad dərsi
• “Babil qülləsi” yaradıcılıq ustad dərsi
• Heykəltəraşlıq üzrə ustad dərsi
• “Gələcəyi təsvir et!” rəssamlıq üzrə ustad dərsi
• Açıqcanın hazırlanması
Birinci gün:
1. 10:00 – 12:30
2. 13:00 – 15:30
3. 16:30 – 18:30
4. 19:00 - Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin çıxışı.
İkinci gün:
1. 10:00 – 12:30
2. 13:00 – 15:30
3. 17:00 - Gənc vokalçıların konserti (rəhbər Dmitri Babayev)
4. 19:00 – “Trio” tədris, incəsənət və idman mərkəzinin çıxışı

İştirak qaydaları
• Giriş biletlərini ən azı 3 gün öncədən YARAT Mərkəzindən ödənişsiz olaraq götürə bilərsiniz
• Biletdə qeyd olunan saatdan ən azı 15 dəqiqə öncədən YARAT Mərkəzinə gəlmək
• Bileti olmayan şəxslər tədbirə daxil ola bilməyəcəklər

Xəritə