Emin Sabitoğlunun mahnılarından ibarət konsert

KONSERT / Azərbaycan xalq mahnısı

Yüklənir..

Tədbir haqqında:

Emin Sabitoğlunun mahnılarından ibarət konsert

Emin Sabitoğlunun mahnılarından ibarət konsert

İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, onlarla filmə öz musiqisi ilə ruh verən, bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Konsertdə Respublikanın Xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Anar Şuşalı, Zakir Əliyev, Teymur Əmrah, Lalə Məmmədova, Almaz Ələsgərova, İnarə Babayeva, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Rəşad İlyasov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, “Sevil” qrupu və başqaları iştirak edəcəklər.
Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və s. sevilən mahnıları səsləndiriləcək.
Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Konsertin informasiya dəstəyi Trend.az, Day.az, Milli.az, Apa.az, Lent.az və Vesti.az-a məxsusdur.

Xəritə