Business Management School MMC olaraq Sığorta İşinin Təşkili təlim layihəsinə start veririk. Bu layihə çərçivəsində keçirəcəyimiz ilk təlim olan Sığortanın əsasları - risk və anderraytinq təliminə qeydiyyatlarımız başlamışdır.
✔ Təlim kimlər üçün nəzərdə tutulur:
Sığorta üzrə mütəxəssislər
Anderraytinq şöbəsinin əməkdaşları
Təkrarsığorta şöbəsinin əməkdaşları
Risklərin idarə olunması şöbəsinin əməkdaşları
Sığorta və təkrarsığorta sahəsində karyera qurmaq arzusunda olan şəxslər
✔ Təlimdən əldə ediləcək nəticələr:
Sığortanın əsas prinsipləri və sığorta bazarları
Risklərin qiymətləndirilməsi metodları
Netto sığorta haqqının hesablanması
Əmlak və kasko risklərinin anderraytinqi
Təkrarsığortanın formaları və növləri (fakultativ/obliqator təkrarsığorta, proporsional (Q/S, Surplus)/qeyri-proporsional (XoL, Stop Loss, Cat XL) təkrarsığorta)
Təkrarsığorta təminatının qiymətləndirilməsi (XoL scale)
✔ Təlimin mündəricatı:
✔Dərs 1 – Sığortanın inkişafı və əsas prinsipləri
Risk nədir? Riskləri necə idarə etmək olar?
Risk menecment prosesi və risklərin idarə edilməsi metodları
Sığorta - əsas prinsiplər, inkişaf tarixi və təsnifatı
Sığortada istifadə olunan əsas terminologiya
Sığortalana bilən və sığortalanmayan risklər
✔Dərs 2 – Sığorta bazarı və onun iştirakçıları
Sığorta bazarlarının müqayisəsi üsulları
- “Sığorta haqlarının həcmi” (Premium Income)
- “Sığorta sıxlığı” (insurance density)
- “Sığortanın nüfusetmə faizi” (insurance penetration rate)
Bazarın təmərküzləşməsi (market concentration) və Herfindahl indeksi
Sığorta bazarının iştirakçıları – alıcılar, satıcılar, vasitəçilər
Sığortanın əsas satış kanalları
Lloyds sığorta bazarı
✔Dərs 3 – Sığortada anderraytinq
Anderraytinqin əsasları
Risklərin qiymətləndirilməsi metodları
Anderraytinqə təsir edən amillər
Netto sığorta haqqının hesablanması
Anderraytinqdə dövrülük (underwriting cycle)
Sığortada informasiya problemləri: əks seçim (adverse selection) və mənəvi təhlükə (moral hazard)
✔Dərs 4 – Əmlak və Kasko sığortasında risklərin qiymətləndirilməsi
Hansı risklər sığortalanır
Sığorta təminatının əsası
Tam və qismən sığorta
Sığorta dəyərinin müəyyən edilməsi
Əmlak və kasko risklərinin anderraytinqi
✔Dərs 5 – Təkrarsığorta
Təkrarsığortanın mahiyyəti
Fakultativ və obliqator təkrarsığorta
Fakultativ və obliqator təkrarsığortanın əlverişli və əlverişsiz cəhətləri
Proporsional (Quota share / Surplus) və qeyri-proporsional təkrarsığorta (Per risk XL / Per event XL / CAT XL / Stop loss)
Təkrarsığorta bazarının iştirakçıları
✔ Təlimin qiyməti: 165 AZN
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!
✔Təlim ödənişini nağd və şirkətimizin bank hesabına köçürmə yolu ilə həyata keçirə bilərsiniz
✔ Ödənişə daxildir:
-Təlim materialları
-İştirak barədə sertifikat
-Çay – kofe fasiləsi
✔ Təlimin keçiriləcəyi gün və saatlar:
06 may (Şənbə günü) : 14:00 - 18:00 / 1-ci dərs
13 may (Şənbə günü) : 14:00 - 18:00/ 2-ci dərs
20 may (Şənbə günü) : 14:00 - 18:00 / 3-cü dərs
27 may (Şənbə Günü) : 14:00 - 18:00 / 4-cü dərs
✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.
Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar müvəffəqiyyət sertifikatı ilə təltif olunacaqdır.
✔ Təlimçi : ( Təlimçi haqqında məlumatı,aşağıda qeyd olunan adın üzərinə sıxaraq növbəti açılan pəncərədə əldə edə bilərsiz.)
Uğur İbrahimli
http://bmschool.az/telimci/19
✔ Təlimdə iştirak etmək istəyənlər mövzu yerində təlimin adını qeyd etməklə aşağıda göstərilən mail adresinə CV-lərini göndərərək qeydiyyatdan keçə bilərlər. Daha ətraflı məlumat almaq üçün əlaqə vasitələri:
Web: http://bmschool.az/
E-mail: [email protected]
Tel: 055 3003591
055 3003592
Ünvan: AF Business House (28 May)