Kəpənək Effekti - Hesabını Bil

SEMİNAR / Şəxsi inkişaf

Yüklənir..

Tədbir haqqında:

Kəpənək Effekti - Hesabını Bil

IB Club-un Kəpənək Effekti əfsanəsi geri qayıdır... :)

Bir sıra mütəxəssislərin və məşhur şəxslərin çıxışlarının gerçəkləşəcəyi Kəpənək Effekti - Hesabını Bil sizə qazana biləcəyiniz böyük fayda, alacağınız bol bilgi və keçirəcəyiniz maraqlı gün vəd edir.

Layihə boyunca siz ölkənin peşəkar mütəxəssislərini, məşhurların öz həyatlarından danışdıqları maraqlı hekayələri dinləyərək hesabınızı tutmağı, pul qabınızı heç vaxt boş saxlamamağı, pul üçün sevmədiyiniz insanlara ağız açmaq məcburiyyətində qalmamağı, hesab-kitab işlərində ağıllı və peşəkar olmağı öyrənəcəksiniz.

Layihə boyunca həm də öz həyatımızı real keyslər üzərinə köçürərək sırf özümüzü müzakirə edəcəyik.

Fasilələr zamanı isə bizi maraqlı musiqi və rəqs ifaları gözləyir. :)

Spikerlərlə daha yaxından tanış olmaq üçün mütəmadi olaraq eventi izləməniz tövsiyə olunur. :)

Kəpənək Effekti - Hesabını Bil IB Club Gənclərin İnkişaf Mərkəzi, Almaniyanın Sparkasse Maliyyə Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə həyata keçiriləcəkdir.

Layihə IB Club üzvləri və İqtisad Universiteti tələbələri üçün tamamilə ödənişsizdir.
Qeydiyyat linki: https://goo.gl/y6FYqW

Tarix: 27 May, 11:00
Məkan: İqtisad Universiteti, 4-cü Tədris Binası (Semaşko Korpusu)

Ətraflı məlumat:
Tel: 012 480 3461, 055 238 4008.
E-mail: [email protected]
Ünvan: Cəfər Cabbarlı 40, Caspian Business Center 5-ci mərtəbə (Nizami metrosunun yaxınlığı).
www.ibclub.az

Xəritə