Pop və caz musiqi gecəsi

KONSERT / Caz

Yüklənir..

Tədbir haqqında:

Pop və caz musiqi gecəsi

Hörmətli xanımlar və cənablar!

Hamınızı Cəmilə Haşımova və “Fusion” qrupunun ifasında pop və caz musiqi gecəsinə dəvət edirik.

“Fusion” qrupunun repertuarı özündə müxtəlif musiqi istiqamətlərinin parlaq qarışığını cəmləşdirir. Musiqiçilər caz və pop kompozisiyaların ritmlərini improvizə edir, rok və alternativ janrlarda mahnılar ifa edir və öz parlaq çıxışları ilə Bakı tamaşaçısının ürəyinə artıq yol tapmağa müvəffəq olublar.
Qrupun lideri Cəmilə Haşımova “Bakı payızı” (2003), “Show Time” (2007), “Rast” qrupunun tərkibində Montro Caz Festivalı və bir çox digər musiqi müsabiqələrində iştirak edib.

Cəmilə Haşımova – vokal
Amil Novruzov – klaviş, qrupun bədii rəhbəri
Saleh Məmmədov – bas-gitara
İqit Sener – gitara
Gena Qasiyev – zərb alətləri
Nərgiz Mütəllibova – fleyta
İlqar Baxşıyev – truba

YARAT Mərkəzi, 2-ci mərtəbə, 19:00

Xəritə