Mayın 5-i saat 19:00-da YARAT Müasir İncəsənət Məkanı Asan Radio ilə birgə Radio Günü keçirir.
Həmin gün bütün Azərbaycan radio kanalları YARAT Müasir İncəsənət Mərkəzində toplaşacaqdır. Azərbaycanda radionun keçmişi, bu günü və gələcəyi mövzusunda müzakirələr aparılacaqdır. Eyni zamanda xüsusi qonaqlar Faiq Ağayev, Samirə Əfəndi, Azad Şabanov, Rilaya və Zamiq Hüseynovun ifaları gecəyə rəng qatacaqdır. Tədbirin aparıcısı Sənandır.
Həmçinin tədbir zamanı YARAT Mərkəzində sərgilənən Orxan Hüseynovun “Əziz Sevgilim” adlı sərgisi ətrafında müzakirələr baş tutacaqdır.
Giriş sərbəstdir, lakin yerlərin məhdud olmasını nəzərə alaraq, qeydiyyatdan keçmək önəmlidir: +994 50 246 9292