Xənnas

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

Xənnas

 

Ölkə: Azərbaycan

İl: 2017

Rejisoor: Elvin Abdulla

Rollarda: Hikmət Rəhimov, Pərvin Abıyeva, Qorqud Cəfər, Zarina Qurbanova,Türkay Cəfərli, Nərgiz Əliyeva

Janr: Mistika, triller

Sürəklilik: 100

Yaş məhdudiyyəti: Uşaqlara 16 yaşa qədər

Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.

İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla meyitləri bu evdə dəhşətli bir hadisənin baş verməsinə dair işarə olur. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları qətlə yetirməsi olub.

Bu lənəti götürməyə çalışan dostlar həmin mollaların sümüklərini tapır və onları basdırmağa səy göstərir.Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir...

Xəritə