“Young Business Factory – Body Language”

SEMİNAR / Şəxsi inkişaf

Yüklənir..

Tədbir haqqında:

“Young Business Factory – Body Language”

“Sözləriniz yanlış mesaj verə bilər, vücudunuz əsla!”

Bədən dili barədə bilik və bacarıqlara sahib olan insanlar şəxsi və peşəkar həyatlarında daha uğurlu, daha doğrusu xöşbəxt olurlar. Bu səriştəliliklərə malik insanlar digər adamların “şirin dilinə” aldanmır, əlavə informasiya mənbəyinə malik olduqları üçün qərar verərkən daha inamlı olurlar, iş həyatında uğur qazanaraq həmişə həmkarlarından bir addım öndə dururlar. Ünsiyyətdə olduqları insanlara ürəklərində deyirlər “əslində mən səninlə deyil vücudunla danışıram”. Nəhayət bədən dili həvəskarlar üçün təhlükə, peşəkarlar üçün əvəz olunmaz bir “silah”dır.

Əziz dostlar Siz də peşəkarlardan olun!

Təsnifat:

• Təlim bazar günü 5 saatlıq master klas olmaqla keçiriləcək.
• Təlimin keçiriləcəyi məkan: Caspian Plaza
• Təlimdə real keyslərdən, video və foto materiallardan istifadə olunacaq.
• Program çərçivəsində real iş prosesində “Problem Solving” praktikaları istifadə olunacaq.
• Təlimin sonunda möhtəşəm Sertifikat mərasimi keçiriləcək və Diplomlar təqdim olunacaq.

7-dən 77-yə hamını əylənərək öyrənməyə dəvət edirik.

Instructor Mahir Qarayev

Təlimçi müxtəlif biznes sektorları təmsil edən, Asfarma Beynəlxalq Marketinq Şirkəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Oceaneering İnternational İnc., Azərsun Holdinq kimi təşkilatların əməkdaşı olub, hal-hazırda SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentində işə qəbul üzrə mütəxəssisi vəzifəsində çalışır və şirkətdə daxili təlimçi kimi fəaliyyət göstərir. Böyük Britaniyanın Kardif Universitetində İnsan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) MBA proqramı üzrə İnsan resurslarının idarə edilməsi sahəsinə aid fənləri tədris edir. UNEC-in Management kafedrasının disertantıdır. ASAN Xidmət, “Gənc Psixoloqlar İctimai Birliyi” və digər təşkilatlarla təlimçi kimi əməkdaşlıq edir. Beynəlxalq CIPD təşkilatının Assosativ üzvüdir.

Təlimdə əhatə olunacaq məsələlər:

1. Bədən dili nədir və onun kimyası;
2. Bədən dili bacarıqlarının praktiki tətbiqi sahələri;
3. Səsin tonu və danışıq üslubu;
4. Bədənin duruşu və xarici görnüşü;
5. Baş hərəkətləri;
6. Əl-qol və ayaq hərəkətləri;
7. Sifət ifadələri;
8. Göz hərəkətləri və göz təması
9. Ünsiyyət zonaları və fiziki varlıqlar;
10. Simvollar və işarələr;
11. Vücuda toxunmalar;
12 Bədən dilinin iş qəbul müsahibəsində əhəmiyyəti.
13. Bədən dilinin karyera yüksəlişində əhəmiyyəti.

Təlim Pareto (20/80%) prinsipinə əsasən real nümunələrin (video fraqmentlərin və fotoların) analiz edilməsi və iştirakçıların interaktiv iştirakı ilə aparılacaqdır. İştirakçılar təlimin passiv müşahidəçiləri deyil, təlimin şəxsən aparıcıları olacaqlardır.

Qeyd: Təlimdə yalnız 25 nəfər iştirak edə bilər. Təlimdə iştirak etmək istəyənlər online qeydiyyatdan keçin!

Online Qeydiyyat Linki: http://bit.ly/1wLgcEw

Təlim azərbaycan dilində keçiriləcəkdir.
Təlimin ödənişi cəmi 30 Azn.
Təlimin keçirilməa tarixi: 30 Aprel 2017 / 14.00-19.00

”Sözsüz ki, həvəskar iş təqdirə layiqdir. Ancaq biz professional fəaliyyətlə məşğuluq.“