Intro to Web Programming

SEMİNAR / Elm və texnologiya

Yüklənir..

Tədbir haqqında:

Intro to Web Programming

Hər birimiz gündəlik isitifadə etdiyimiz internet vasitəsi ilə ən çox veb saytlara girmək üçün istifadə edirik. Bu saytlardan məlumat alır, alış-veriş edir, sosial şəbəkələrə daxil oluruq. Bəs düşünmüsünüzmü ümumiyyətlə bu veb səhifələr necə formalaşır?

• Hansı proqramlaşdırma dilindən istifadə olunur?
• Mən də bunu bacara bilərəmmi?
• Hardan başlamalıyam?

Bütün bu suallar sizədə maraqlıdırsa bu seminar sizin üçündür!
Greatford Information Technologies-in təşkil etdiyi “Intro to Web Programming” seminarında bütün bu suallarınıza cavab tapa bilərsiniz.

Seminarın mövzuları:
1. Veb proqramlaşdırma nədir?
2. Niyə veb?
3. Kod yazmadan sayt yarada bilərəm?
4. Freelance və Full Time işlər.
5. Öyrənməli olduğunuz veb texnologiyalar.
6. Hardan başlamalı?

Təlimçi haqqında:
Quluzadə İlkin Rəhman oğlu ADA Universitetində təhsil alır. Bu sahədə 3 ildən artıq təcrübəsi vardır. Hal-hazırda Amerika Birləşmiş Ştatları, İsveçrə, Hindistanda bir neçə şirkət ilə distant veb proqramçı, Azərbaycanda Rufaly Company və Xəzər Klinikasında isə veb proqramçı vəzifəsində çalışır.
Bilikləri : HTML5, CSS3, BOOTSTRAP, JAVASCRİPT (JQuery UI / JQuery Mobile, AJAX, JSON), PHP, MySql, REST, SOAP və s.

Seminar ÖDƏNİŞSİZDİR.

Seminarda Web Proqramlaşdırma ilə maraqlanan hərkəs iştirak edə bilər.

İştirak etmək üçün aşağıdakı forumu doldurmanız xahiş olunur:

https://goo.gl/2P1ZN3

Seminara seçilən iştirakçıların siyahısı seminara 1 gün qalmış qeyd olunan telefon nömrələri ilə əlaqə saxlanılaraq açıqlanacaq.

Tarix:23.04.2017
Saat:14:00

Seminarın proqramı:
1. Saat 13:30-14:00 - giriş;
2. 14:00-14:45 - seminarın ilk hissəsi;
3. 14:45-15:00 – çay fasiləsi;
4. 15:00-15:45 – ikinci hissə ;
5. 15:45-16:00 – yekun (sual-cavab);

Ünvan: “Greatford Business Services” in ofisi, “AF MALL” ticarət mərkəzininin 2-ci mərtəbəsi. Heydər Əliyev adına sarayın yanında

Əlaqə vasitələri:
E-mail: [email protected]
Tel: + 994 55 703 49 74
+994 55 255 15 54