Xoşbəxtliyin 3 Sirri

SEMİNAR / Şəxsi inkişaf

Yüklənir..

Tədbir haqqında:

Xoşbəxtliyin 3 Sirri

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.

Bu dəfə WoWomanla görüşə xüsusi qonağımız gəlir. Həmyerlimiz Aytən Rüstəmova bu yaxınlarda AYİB – Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan ofisinə rəhbər vəzifəsinə təyin olundu. Bəs bu təyinat onun həyatında dəyişikliklərə necə yol açdı? Bank və maliyyə sektorunda çalışmaq Aytən xanımın xoşbəxtliyi üçün hansı fayda verdi ? Ümumiyyətlə, bir qadın olaraq həm xoşbəxt ailə, həm də karyera qurmaq necə mümkün oldu?????✌️

Bütün bunları 13 aprel tarixində keçirəcəyimiz görüşdə öyrənəcəyik. Həmçinin, bloqerliklə də məşğul olan Aytən xanım, özünə inam hissinin artırılması və hərəkətə keçməklə də bağlı fikirlərini bizimlə bölüşəcəkdir. Ailə,insan və cəmiyyət barədə mövzuları əhatə edən http://aytenqiyasru.blogspot.com/ və Şəki şəhəri timsalında ümumilikdə Azərbaycan gözəlliklərini ingilis dilli oxuyuculara çatdıran http://shekiazerbaijan.blogspot.com/ bloqları Aytən xanım tərəfindən uğurla davam etdirilir.

Qonağımız haqqında: Aytən Rüstəmova
• AYİB - Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan ofisinin Rəhbəri
• Bank və maliyyə sektorunda 15 ildən artıq iş təcrübəsi
• Bloqer:
http://aytenqiyasru.blogspot.com/
http://shekiazerbaijan.blogspot.com/

İştirak ödənişsizdir. Tədbirin dili - Azərbaycan.
İştirak etmək istəyirsinizsə, aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/cEiGIw

Başlama saatı: 19:00
Məkan: High Tech Park, AF Business House, Nizami 206 A
Tarix: 13 Aprel, 2017
Əlaqə: Ayten Samed +994 554976210
E-mail: [email protected]

Xəritə