Yüklənir..

Tədbir haqqında:

Union Cup

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycanın intellektual gəncləri üçün möhtəşəm bir fürsət – “UNİon CUP”ı təqdim edir!

Komandanı topla Nə? Harada? Nə zaman? oyunu üzrə “UNİon CUP”-ın seçim turuna qoşul və Universitetini finalda təmsil etmək şansını qazan və komandala birgə mükafat əldə et!

“UNİon CUP” turniri 2 mərhələdən - seçim və final mərhələsindən ibarət olacaqdır.

“Azərbaycan İntellektual Oyunlar Klubunun” fəaliyyət göstərdiyi bütün universitetlərin tələbələrini “UNİon CUP” da iştirak edə bilər. “UNİon CUP” çempionatında iştirak etmək üçün hər bir universitetdə keçirilən Nə? Harada? Nə zaman? (NHN) intellektual oyunu üzrə sinxron yarışlarına qatıla bilərsiniz. Həmin həftə üçün sinxron yarışın qalibi olan komanda “UNİon CUP” ın final mərhələsinə vəsiqə qazanaraq öz universitetini finalda təmsil edəcək. Final mərhələsində qalib olan komandanı möhtəşəm mükafat gözləyir.

Qeydiyyat şərtləri:

1. “UNİon CUP” da yalnız eyni təhsil müəssəsini təmsil edən tələbələrdən ibarət komandalar iştrak edə bilər;

2. Komanda 6 əsas, 2 əvəzedici oyunçudan ibarət olmalıdır;

Əlaqə və qeydiyyat üçün öz universitetinizdə fəaliyyət göstərən intellektual klubun koordinatoruna müraciət edə bilərsiniz.

Tarix:
Seçim mərhələsi: 15 Aprel
Final mərhələsi: 23 aprel

Final oyununun keçiriləcəyi məkan:

Premier Expo Hotel


Elektron poçt ünvanı:
[email protected]

Əlaqə nömrəsi: +994 55 609 95 51
Şəhər nömrəsi: (012) 565 43 21