ArtWorkshop - Claude Monet

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

ArtWorkshop - Claude Monet

Əziz dostlar!

“Cubic School of Fine Arts” növbəti Yaradıcılıq Axşamları, layihəsini davam edir!

Yaradıcılıq axşamlarında məşhur rəssamların həyat və yaradıcılıqları, müraciət etdikləri üslublar və eləcə də ərsəyə gətirdikləri rəsm işlərinin müzakirəsi nəzərdə tutulur. Bu müzakirələr zamanı əldə edilən təcrübə və dərin biliklər dərhal sonra baş tutacaq məşğələlərin əsasını təşkil edəcəkdir. Məşğələlərdə müzakirə edilən rəssamın seçilmiş bir əsəri dərindən təhlil olunacaq və iştirakçılar tərəfindən yenidən canlandırılacaqdır.

Qonaqlar məşğələ zamanı fərdi yanaşma və zəruri ləvazimatlar (malbert, kətan, palitra, akril rənglər, firçalar və s.) ilə təmin olunacaqdır. Buraya həmçinin ”snacks” və içkilər daxildir.

Odur ki, Sizi, Şənbə günü, 29 aprel , saat 19:00-da tanınmış impressionist rəssam Claude Monetin Yaradıcılıq Axşamına dəvət edirik! Yerlərin sayı məhduddur.

Yaradıcılığa həsr olunmuş bu səmimi mühitdə Sizi aramızda görməkdən məmnunluq duyacayıq!

İştirak haqqı: 30 AZN