YARAT Freestyle: Workshop for actors - Solo Théâtre (France)

KONSERT / Digər

Yüklənir..

Tədbir haqqında:

YARAT Freestyle: Workshop for actors - Solo Théâtre (France)

Aktyorlar üçün seminar / Solo teatr - Les Livreurs (Fransa) / Yekaterina Kuleşova

YARAT Freestyle bütün aktyorları Livreurs təşkilatı tərəfindən keçiriləcək «Solo Teatr» adlı seminara dəvət edir.

Seminarın əsas məqsədi yalnız bir aktyorun seyrçilərə 60 dəqiqə ərzində teatr tamaşasının məzmununu çatdırılmasıdır. Bu yeni təcrübədə tək bir ifaçının mətnlərə necə yeni nəfəs verməyindən yararlanacaqsınız. Seminarda həmçinin iştirakçılara “Solo Teatr” haqqında ətraflı məlumatlar veriləcəkdir.

Seminar zamanı iştirakçılara Fransa komedioqrafı Jan Batist Molyerin «Xəsis» əsərindən - hisslərin gücünü, rolların məharətini, sözün gözəlliyini əks etdirən bir parça üzərində işləmək təklif olunacaq.

İştirak üçün rus və ya fransız dilləri biliyiniz yaxşı səviyyədə olmalıdır (oxuma və danışıq). Seminar zamanı Azərbaycan dilinə sinxron tərcümə aparılacaqdır.

Daha ətraflı məlumat almaq üçün bu linkə Solo Théâtre daxil olun.

Bu tədbir YARAT Müasir İncəsənət Məkanı və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Frankofoniya həftəsi çərçivəsində hazırlanıb.

Proqram:

2:30 Ekaterina Kuleşovanın təqdim edəcəyi seminar
16:30 - Müzakirə: “Teatr sənəti bugün və sabah”. Azərbaycanın aparıcı teatrşünas və teatr xadimlərinin və Fransa teatr aktyoru Feliks Librinin iştirakı ilə teatr sənətinin aktual məsələlərinə dair müzakirələr.

Mühazirəçilər:
YUĞ teatrının rəhbəri -Tərlan Rəsulov,
Marionet teatrının rəhbəri - Tərlan Qorçu,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin rəhbəri - Vidadi Qafarov,
Rus dram teatrının ədəbi şöbəsinin rəhbəri - Valentina Reznikova,
Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının rəhbəri - Aydın Talıbzadə,
Gəncə dram teatrının baş rejissoru İradə Gözəlova,
Gənc tamaşaçılar teatrının baş rejissoru - Bəhram Osmanov.

Tədbir İnisiativ Kuratorlar Birliyi (İCU) və Azərbaycanda Fransa İnstitutunun (İFA) dəstəyi ilə həyata keçirilir.

Xəritə