Əziz dostlar,
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Könüllülərlə iş komandası könüllülər üçün Velosiped yarışını elan edir!
Yarışın təşkil olunmasında əsas məqsəd gənclərimizin asudə vaxtlarını səmərəli keçirilməsini təmin etmək, Velosiped İdmanına olan marağı artıraraq, sağlam həyat tərzini təbliğ etməkdir.
İştirak etmək istəyən namizədlər mütləq aşağıdakı linkə daxil olaraq ərizə formasını tamamlayaraq qeydiyyatdan keçməlidirlər:
Yarışa qatılmaq üçün şərtlər:
1. Yarışda yalnız Bakı 2017 Könūllülük Proqramında qeydiyyatdan keçən, Əməliyyat könüllüləri iştirak edə bilərlər;
2. İştirakçılar velosiped sürməyi bacarmalıdır;
3. Yarışda qeydiyyatdan keçən ilk 150 nəfər könüllü iştirak edəcək;
4. İlk 5 yer tutan qaliblərə medal və hədiyyə olaraq velosiped təqdim olunacaq;
5. Yarış 9 Aprel 11:00-da Ağ Şəhər Bulvarında keçiriləcək;
Qeydiyyat üçün son tarix - 31 Mart 2017-ci il.