Bakı 2017 İslam Həmrəyliyi Oyunları

YARIŞMA / Digər

Yüklənir..

Tədbir haqqında:

Bakı 2017 İslam Həmrəyliyi Oyunları

Bu rəsmi Bilet Satışı veb səhifəsindən Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Mərasimlərinə və yarış sessiyalarına bilet ala bilərsiniz.

Açılış günü 12 may 2017-ci ildə baş tutacaq Bakı 2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 Yarış Obyektində 17 Olimpiya və 3 qeyri Olimpiya növü olmaqla 20 İdman növü üzrə keçiriləcəkdir.

Bilet almaq üçün siz qeydiyyatdan keçməli və hesab yaratmalısınız. Qeydiyyatdan keçərkən sizdən Şəxsiyyət vəsiqəsi və ya pasport məlumatları tələb olunacaqdır.

Yeni müştərisinizsə, qeydiyyatdan keçmək üçün bu keçiddən istifadə edin. Artıq qeydiyyatdan keçmişsinizsə, elektron ünvanınızdan və şifrənizdən istifadə etməklə buradan hesabınıza daxil olun.

Əcnəbi tamaşaçılar üçün Vacib Qeyd: Bakı 2017 İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəyə daxil olmaq üçün vizaya ehtiyacı olan bütün Bilet Sahiblləri bilet almazdan öncə viza tələbinin təmin olunmasına əmin olmalıdırlar. Viza ilə əlaqədar bütün məlumatları əldə etmək Azərbaycana səyahət etmək istəyən bilet alıcısının öz məsüliyyətindədir. Bakı 2017 Viza məlumatlarını oxuduqdan sonra hər hansı bir əlavə sualınız yaranarsa, yaşadığınız ölkədə xidmət göstərən Azərbaycan Respublikasının Səfirliyi ilə əlaqə saxlamağınızı xahiş edirik.

Məlumat üçün qeyd edilməlidir ki, elektron vizaya müraciət etmək istəyən Bilet Sahibləri elektron vizanın əldə olunması qaydalarına və müddətlərinə riayət edərək müvafiq link https://evisa.com.az/en vasitəsilə e-vizaya müraciət edə bilərlər.

Xəritə