Gənc Sahibkarlar Forumu

SEMİNAR / Kariyera

Yüklənir..

Tədbir haqqında:

Gənc Sahibkarlar Forumu

IB Club və İqtisad Universiteti tələbə gənclər təşkilatı təqdim edir.

Gənc Sahibkarlar Forumu | İqtisad Universiteti

Biznes sahəsində uzun illərdir təcrübəsi olanlar, yeni biznes quranlar, startup layihələr reallaşdıranlar, biznes inkubatorları, kredit verən təşkilatlar, iqtisadi təhsil verən elm ocaqları, konsultantlar və təlimçilər üçün ideal bir məkandır. Layihə ərzində adları çəkilən şəxslər öz təcrübə və biliklərini, rastlaşdıqları problem və həlli yollarını öz həmkar və yoldaşları ilə bölüşəcəklər.

Forumda siz:
- Gənc Sahibkarlarımızı tanıyacaqsınız;
- Onların keçdikləri yolu, qazandıqları təcrübələri mənimsəyəcəksiniz;
- Sahibkarlıq üçün düşünməyin kifayət olmadığını bilib icraata keçəcəksiniz.
- Və Azərbaycan reallığında öz Biznesinizi necə reallaşdıracağınız haqqında real keysləri bilmiş olacaqsınız.

Forum 8 Aprel İqtisad Universitetinin 4-cü tədris binasının(Semaşko) Akt zalında keçiriləcəkdir.

Formun iştirakısı olmaq üçün qeydiyyatdan keçməniz lazımdır:
https://goo.gl/VA3uef

İştirak yalnız IB Club üzvləri və İqtisad Universiteti tələbələri üçün tamamilə ÖDƏNİŞSİZDİR.
İştirakçılar yuxarıda qeyd etdiyimiz form əsasında seçilirlər.


Əlavə Məlumat:
E-Mail: [email protected]
Əlaqə nömrəsi: +994 55 238 4008; +994 12 480 3461.

Xəritə