II Autizm üçün Gəzinti

SEMİNAR / Psixologiya

Yüklənir..

Tədbir haqqında:

II Autizm üçün Gəzinti

2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı hər il 2 aprel tarixini Ümumdünya Autizm Günü, aprel ayının isə Autizm Ayı kimi qeyd edilməsini qərara alıb. Elə bu səbəbdən də İctimai Səhiyyənin İslahatları Mərkəzi ( İSİM) , Birgə və Sağlam İctimai Birliyi, “Lider Qadınlar İctimai Birliyi ilə birgə hər il cəmiyyətin Autizm Sindromu mövzusunda maarifləndirilməsi, habelə ictimaiyyətin və hökümətin diqqətinin Autizm Sindromlu insanların və ailələrinin ehtiyaclarına yönəltmək məqsədilə həm Autizm Gününü, həm də Autizm Ayını çoxsaylı tədbirlərlə qeyd edir.

Bu tədbirlərdən biri Bakı Dənizkənarı Bulvarında müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak edəcəyi II Autizm üçün Gəzinti olacaqdır. Məqsəd ictimaiyyətin diqqətini cəmiyyətimizdə ildən-ilə aktuallaşan Autizm Sindromuna yönəltməkdir.

Tədbirdən öncə saat 16:00 - 18:00 arası Park Bulvar TM-də məlumatlandırıcı aksiya, 18:00-da Flashmob keçirildikdən sonra gəzintiyə başalanacaq.
Tədbirə gəzinti və havaya mavi (dünyada autizmin simvolu kimi qəbul edilib) şarların buraxılması daxildir.

Park Bulvar Ticarət Mərkəzi olan hissəsindəki yerdən Azneft meydanı istiqamətində gəzintiyə başlanacaq. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanacaq olan Qız Qalası, Alov Qüllələr, Crystal Hall, Bakı Olimpiya Stadionu, SOCAR binası önündə çəkiliş olduqdan sonra tədbirimizə son veriləcəkdir.

2 Aprel Autizm günündə saat 18:00-dan 20:30-dək Bakı Dənizkənarı Bulvarında baş tutacaq olan Autizm üçün Gəzintidə arzu edən şəxslər iştirak edə bilərlər. Gəzintidə iştirakçı sayı 100 ilə kifayətlədiyi üçün iştirak edə biləcək şəxslərlərin iştiraklarını öncədən səhifəmizin mesaj bölməsinə yazıb göndərmələri arzu olunandır.

Yürüyüş Park Bulvar TM-nin önündən saat 18:00 - dan etibarən başlayacaq.
Tədbir günü isə aşağıdakı telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:
(055)8992688/Xalidə Həsənova

Xəritə